Per Olsson: "Qonaqların bir neçə qol imkanı oldu və bunların ikisindən yararlandı"
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz çox yaxşı komanda idi. Bu komanda fərdi ustalıq keyfiyyətlərinə malik ifaçılardan təşkil olunub”.
Sportal.az xəbər verir ki, bu sözləri İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson deyib.Təcrübəli mütəxəssis Avroliqanın III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundakı 0:2 hesablı məğlubiyyətə münasibət bildirib:
“Bakıdakı ilk oyunda müdafiə olunurduq. Bu dəfə isə hücum etməyə çalışırdıq. Biz belə oynadıqca rəqibin də işi asan olur. Onlar əks hücum etmək, qol vurmaq imkanı qazanır. İlk qolu buraxandan sonra isə işimiz lap çətinləşdi. Qonaqların bir neçə qol imkanı oldu və bunların ikisindən yararlandı. Ağdam təmsilçisinə Azərbaycan çempionatı və növbəti mərhələdə uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti mərhələdə “Qarabağ”a asan rəqib düşəcək”
saytlarin hazirlanmasi