"Qarabağ"ın potensial rəqibləri kimlərdir?

03:40 - 9 Avqust 2013

 "Qarabağ" "Xəzər Lənkəran"ın rəqibi ilə qarşılaşa bilər

 

Avroliqanın III təsnifat mərhələsinin bütün iştirakçıları məlum olub. Sportal.az xəbər verir ki, pley-off-da iştirak edəcək komandaların adlarına aydınlıq gəlib. 


Onlar ÇL-nın III təsnifat mərhələsində məğlub  olanlar, Avropa Liqasının eyni mərhələsində qalib gələnlər və buradan birbaşa mübarizəyə qoşulanlardır. 

Artıq komandalar iki səbətə, səpələnmiş və səpələnməmişlərə bölünüb. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da həmin 62 komanda arasındadır. Ağdamlılar səpələnməmişlər qrupunda yer alıb. Onlar 31 yüksək reytinqli səpələnmişlərdən biri ilə qarşılaşacaq. 

Səpələnmişlər: “Tottenhem” (İngiltərə), “Dinamo”(Kiyev, Ukrayna), “Braqa”(Portuqaliya), “Rubin”(Rusiya), “Fiorentina” (İtaliya), Spartak” (Moskva, Rusiya), “Alkmaar”(Hollandiya), APOEL (Kipr), “Beşiktaş” (Türkiyə), PAOK (Yunanıstan), “Zalsburq” (Avstriya), “Genk” (Belçika), “Sent-Etyen” (Fransa), “Eştoril” (Portuqaliya), “Nitsa” (Fransa), “Şerif” (Moldova), “Suonsi”(İngiltərə), “Sevilya”, (İspaniya), “Trabzonspor”, (Türkiyə), “Ştutqart” (Almaniya), “Rapid” (Avstriya), “Standart” (Belçika), “Udineze” (İtaliya), “Çernomorets” (Ukrayna), “Dnepr” (Ukrayna), “Betis” (İspaniya), “Partizan” (Serbiya), “Ayntraxt” (Almaniya), “Feynord” (Hollandiya), “Makkabi” (Hayfa, İsrail), “Nordşelland” (Danimarka). 

Xəbər xətti