Ağdamlıların rəqibi bilindi
	 
	Bu gün UEFA Avropa Liqasının “play-off” mərhələsində qarşılaşacaq 31 cütlük müəyyən olunacaq.
	 
	Sportal.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın mənzil qərargahında – İsveçrənin Nyon şəhərində baş tutacaq. Avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ”ın rəqibi də bu gün məlum olacaq. İsveçdə “Gefle”ni 0:2 hesabı ilə üstələyən Ağdam klubu səpələnməmişlər səbətində yer alacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 
	 
	Qeyd edək ki, Avroliqanın “play-off” mərhələsinin oyunları 22-29 avqust tarixlərində keçiriləcək. 
	 
	"Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya)  
                      
saytlarin hazirlanmasi