"Qarabağ"-"Ayntraxt" matçına 40 000 bilet satılıb

22:58 - 9 Avqust 2013

Satışda cəmi 2 min bilet qalıb

 

Avroliqanın pley-off mərhələsinin avqustun 29-da Frankfurtda baş tutacaq “Ayntraxt” – “Qarabağ” matçınaartıq 40 min bilet satılıb. Sportal.az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb.

Almaniyalı azarkeşlər bu oyuna biletləri hələ bu gün baş tutan püşkatmadan əvvəl, rəqib müəyyənləşmədən alıblar. Çünki “Aymtraxt”ın avqustun 22-29-da Avroliqada oyun keçirəcəyi məlum idi. Ona görə də biletlər əvvəlcədən satışa çıxarılıb. Hazırda satışda cəmi 2 min bilet qalıb. Bu mənada yalnız “Qarabağ”ın azarkeşləri və VİP qonaqlar üçün ayrılan yerlər istisnadı.

Bu oyun üçün biletlərin qiymətinə gəlincə, yerdən asılı olaraq 17-55 avrodu. Əlillər və xəstə insanlar üçün isə bu, 9-11 avro aralığında dəyişir.

Xəbər xətti