"Beşiktaş" üçün tanış rəqib
	 
	Dünən keçirilən püşkatma mərasimi ilə Avroliqanın “play-off” mərhələsində qarşılaşacaq bütün cütlüklər müəyyənləşib.
	 
	Sportal.az xəbər verir ki, artıq azarkeşlərimizə məlumdu ki, “Qarabağ” “Ayntraxt”la qarşılaşacaq. Qardaş ölkə təmsilçilərindən “Trabzonspor” Albaniya təmsilçisi “Kukesi” ilə üz-üzə gələcək. “Beşiktaş” isə Bakı “İnter”ini II təsnifat mərhələsində mübarizədən uzaqlaşdıran “Tromse”yə rəqib olub. Bu komanda türk futboluna tanış olan rəqibdi. Belə ki, Norveç təmsilçisi 2005-2006-cı illər mövsümündə UEFA kubokunun I təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşıb. Norveçdə keçirilən oyunda 1:0, “Ali Sam Yen”də baş tutan matçda isə 1:1 hesablı nəticə qeydə alınıb. İki oyunun nəticəsinə görə “Tromse” “Qalatasaray”ı məğlub edib. 
	 
	Avroliqanın “play-off” mərhələsində aşağıdakı cütlüklər qarşılaşacaq:
	 
	“Kuban” (Rusiya) - “Feyenoord” (Hollandiya)
	“Zulte Vareqam” (Belçika) – APOEL (Kipr)
	“Rapid” (Avstriya) – “Dila” (Gürcüstan)
	“Tromse” (Norveç) – “Beşiktaş” (Türkiyə) 
	“Panduri" (Rumıniya) - "Braqa" (Portuqaliya)      
	"Apollon" (Kipr) - "Nitsa" (Fransa)
	"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Kiyev, Ukrayna)
	"Suonsi" (İngiltərə) - "Petrolul" (Rumıniya)
	"Atromitos" (Yunanıstan) – “AZ Alkmaar" (Hollandiya)
	"Habnarfordyur" (İslandiya) - "Genk" (Belçika)   
	“Elfsborq" (İsveç) - "Nordşelland" (Danimarka)    
	“Slask" (Polşa) - "Sevilya" (İspaniya)      
	“Zalsburq" (Avstriya) - "Jalqiris" (Litva)
	“Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Almaniya)
	"Minsk" (Belarus) - "Standart" (Belçika)       
	“Yabloneç" (Çexiya) - "Betis" (İspaniya)
	"Riyeka" (Xorvatiya) - "Ştutqart" (Almaniya)
	“Çernomoreç" (Ukrayna) - "Skenderbeu" (Albaniya)
	 "Makkabi" (Təl-Əviv, İsrail) - PAOK (Yunanıstan)
	"Sankt Qallen" (İsveçrə) - "Spartak" (Moskva, Rusiya) 
	"Molde" (Norveç) - "Rubin" (Rusiya)
	“Voyvodina" (Serbiya) - "Şerif" (Moldova)
	"Trabzonspor" (Türkiyə) - "Kukesi" (Albaniya)
	"Esberq" (Danimarka) - "Sent Etyen" (Fransa)
	“Qrasshopper" (İsveçrə) - "Fiorentina" (İtaliya)     
	"Makkabi" (Hayfa, İsrail) - "Astra" (Rumıniya)
	"Udineze" (İtaliya) - "Slovan" (Çexiya)
	"Dinamo" (Tbilisi, Gürcüstan) - "Tottenhem" (İngiltərə)
	"Eştoril-Praya" (Portuqaliya) - "Paşinq" (Danimarka)
	"Nomme Kalyu" (Estoniya) - "Dnepr" (Ukrayna) 
	“Partizan" (Serbiya) - "Tun" (İsveçrə) 
                      
saytlarin hazirlanmasi