"Udineze"li futbolçudan möhtəşəm qol
	 
	UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Udineze” – “Şiroki Brieq” komandaları arasında keçirilən cavab oyununda möhtəşəm qol qeydə alınıb. 
	 
	Sportal.az xəbər verir ki, Bosniya və Hersoqovina təmsilçisi ilə matçda “Udineze”nin futbolçusu Andrea Ladzari görüşün 82-ci dəqiqəsində təxminən 60 metrlik məsafədən rəqib qapısına yol tapıb. 4:0 hesabı ilə italyanların xeyrinə başa çatan oyunda bu qol həqiqətən də görülməyə dəyər. 
	 
	Qeyd edək ki, Avroliqanın “play-off” mərhələsində “Udineze” Çexiyanın “Slovan” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. 
	 
	
                      
saytlarin hazirlanmasi