"Ayntraxt" hansı problemlə üzləşib

23:30 - 15 Avqust 2013

Almanlar münasib qiymətə təyyarə tapa bilmirlər

 

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” Bakıya gəlməkdə problemlə üzləşib.

 

Sportal.az xəbər verir ki, bu haqda Frankfurt klubunun direktoru Axel Helmann Almaniya mətbuatına müsahibəsində deyib.

 

O qeyd edib ki, komandanın və azarkeşlərin rahat səfəri üçün Azərbaycan paytaxtına birgə çarter reysi ilə getmək istəsələr də, hələlik münasib qiymətə təyyarə tapmaqda çətinlik çəkirlər. Klub rəsmisi bunu yay mövsümü ilə əlaqələndirib. Onun sözlərinə görə, hazırda turistlər üçün çarter reyslərinə tələbat çoxaldığından aviakompaniyalar xüsusi reyslər üçün qiymətləri qaldırıblar.

Axel Helmann ümid etdiyini bildirib ki, yaxın günlərdə istədikləri qiymətə çarter reysi təşkil etmək üçün aviaşirkətlə razılığa gələcəklər.

Almaniya mətbuatı dəqiqləşdirib ki, “Ayntraxt” üçün çarter reysində bir sərnişin üçün 1000 avro tələb olunur. Lakin klub bu qiyməti baha sayır.

Əgər qiymət məsələsində razılığa gələ bilməsə, “Ayntraxt” Bakıya kiçiktutumlu təyyarədə gələcək, azarkeşləri isə Azərbaycana fərdi qaydada yola düşəcək.

Xatırldadaq ki, “Qarabağ” – “Ayntraxt” matçı avqustun 22-də baş tutacaq. Frankfurt klubunun isı ölkəmizə oyundan bir-iki gün öncə gələcəyi nəzərdə tutulub.

Xəbər xətti