Görüş polşalı hakimlərə həvalə olundu
	 
	UEFA Avropa Liqasının "play-off" mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçının baş hakimi müəyyənləşib. 
	 
	Sportal.az xəbər verir ki, ağdamlıların Frankfurt təmsilçisi ilə ilk matçı polşalı Şimon Marçinyaka tapşırılıb. 32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.
	 
	Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.
	 
	Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq. 
                      
saytlarin hazirlanmasi