"Biz Rəşad Sadıqovu neytrallaşdıra bildik" VİDEO

04:48 - 23 Avqust 2013

 
Armin Fe: "Hələ qrup mərhələsində olduğumuzu deməzdim"
 
 
Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, 2:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
 
- Biz bu oyuna ciddi hazırlaşmışdıq. Diqqətli oynamağa çalışırdıq. İlk qoldan sonra oyuna nəzarəti əldə saxlamağa çalışdıq. Amma “Qarabağ” yaxşı oynadı, qol vəziyyətləri də yaradırdı. Xoşbəxtlikdən ikinci qolu da vura bildik. Lakin hələ qrup mərhələsində olduğumuzu deməzdim. Hər şey cavab matçından asılıdı.
 
- “Qarabağ” Bundesliqada oynaya bilər?
- Mən bunu bir oyunla müzakirə edə bilmərəm. Daha çox müqayisələr aparmaq lazımdı.

- Cavab matçından nə gözləyirsiz?
- Ümid edirəm ki, “Ayntraxt”ı qrup mərhələsinə çıxaracaq nəticə qazana biləcəyik.
 
- Sizcə, bu gün “Qarabağ”da nə çatışmırdı?
- Bilirdik ki, sizin 14 nömrəli futbolçunuz (Rəşad Sadıqov) çox yaxşı oyunçudu. Amma biz onu neytrallaşdıra bilmişdik.
 
- “Qarabağ”ın azarkeşlərini almaniyalı fanatlarla müqayisə etmək olar?
- Çox yaxşı dəstəklədilər. Bizim azarkeşlər də bu gün pis deyildilər. İkinci hissədə isə sanki meydançaya təyyarə enmişdi. Azarkeşlərin dəstəyi o dərəcədə güclənmişdi.
 
- Ağdam klubunun heyətində kimi xüsusi qeyd edərdiniz?
- “Qarabağ” çox yaxşı komandadı. Kimisə ayrıca qeyd etmək istəmirəm.
 
- “Qarabağ”ın Azərbaycanın işğal altında olan rayonlarından birini təmsil etdiyini bilirsiz?
- Biz komandanın ev oyunları doğma meydanda keçirmədiyini bilirdik. Ondan da xəbərimiz var ki, bu klub vaxtilə rəqiblərini Ağdamda qəbul edib.
 
- Azərbaycan yığmasından dəvət gəlsə, qəbul edərsiz?
- (gülür) Mən hələ Berti Foqtsun gedəcəyini və ya qalacağını bilmirəm. Həm də Ayntraxt” ilə müqaviləm var. Hara gedə bilərəm?

Xəbər xətti