"Qarabağ" haqqında heç nə deyə bilmərəm"

00:50 - 23 Avqust 2013

Aleksandr Meyer: "Bu qələbə bizim üçün yaxşı stimul olacaq"
 
Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Aleksandr Meyer Avroliqanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Ümid edirəm ki, bu qələbə bizim üçün yaxşı stimul olacaq və uğurumuzun davamını Bundesliqada da gətirə biləcəyik. Bu gün biz baş məşqçinin bütün tapşırıqlarını düzgün yerinə yetirməyə çalışdıq. Rəqib komanda barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Meyer “Qarabağ”ın qapısına vurulan hər iki qolun müəllifi oldu.

Xəbər xətti