"Bu gün təcrübə və ustalıq öz sözünü dedi”

01:20 - 23 Avqust 2013

Rəşad Sadıqov: "Təəssüflər olsun ki, bu cür oyunu belə stadionda oynadıq"

 

“Oyunumuz istədiyimiz səviyyədə alınmadı”.

 

Bu sözləri Sportal.az-a açıqlamasında  “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Milli futbolçu rəqibin ustalıq və təcrübə baxımından "Qarabağ"dan üstün olduğunu da dilə gətirib:

“İstədiyimiz oyunu qura bilmədik. Yaxşı epizodlarımız oldu. Özümüz qol vuracağımız halda, almanlar iki dəfə bizi cəzalandırdı. Bununla da, qarşılaşmanın taleyini həll etdilər. Meydançanın vəziyyətinə gəlincə, bu haqda danışmaq istəmirəm.Biz dünən stadion barəsində də öz sözümüzü dedik. Onsuz da rəqib pressinq tətbiq edirdi. Bu vəziyyətdə bizim üçün oynamaq çətin idi. Təəssüf ki, bu cür oyunu belə meydançada oynadıq. “Qarabağ” topla oynayan komandadı. Ancaq rəqib bizə topa hərəkət etməyə imkan vermədi. “Ayntraxt” pressinq tətbiq edə-edə istəyinə nail oldu. Bu gün təcrübə və ustalıq öz sözünü dedi”.

Xəbər xətti