"Ola bilsin ki, mərhələni biz keçəcəyik"

01:41 - 23 Avqust 2013

Miro Varvodoviç: "Stadionun belə olması ən çox bizim oyunumuza təsir etdi"
 
 
"Məğlub olduğumuz üçün üzgünəm. Əlimizə düşən qol fürsətlərindən istifadə edə bilmədik"
 
Bu sözləri "Qarabağ"ın qapıçısı Miro Varvodoviç Sportal.az-a açıqlamasında bildirib.
Təcrübəli qolkiper stadionun pis vəziyyətdə olmağından da gileylənib.
 
"Stadion bərbad vəziyyətdə idi. Bu da ən çox bizim oyunumuza təsir etdik. Çünki biz topla oynayan bir komandayıq və belə çəraitdə ötürmələri istədiyimiz kimi edə bilmirdik. Ancaq heç nə bitməyib. Ola bilsin ki, mərhələni biz keçəcəyik"

Xəbər xətti