"Qarabağ"ın taleyi portuqaliyalıya tapşırıldı

01:05 - 28 Avqust 2013

"Qarabağ"ın rövanş oyunun baş hakimi müəyyənləşdi

 

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Ayntraxt" - "Qarabağ" matçının baş hakimi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Frankfurtda baş tutacaq görüşü portuqaliyalı referi Duarte Qomez idarə edəcək. 

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.
 

Xəbər xətti