"Qarabağ" Almaniyada minimal hesabla uduzdu YENİLƏNİB

01:22 - 30 Avqust 2013

Komandamız qrup mərhələsinə düşə biləcəkmi?
 
Bu gün keçiriləcək cavab oyunları ilə UEFA Avropa Liqasının “play-off” mərhələsinə yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” səfərdə “Ayntraxt”ın qonağı olacaq. 3 mərhələ keçməklə inamlı təsir bağışlayan komandamız ilk oyunda rəqibə 0:2 hesabı ilə uduzub. Bununla da Qurban Qurbanovun yetirmələri işini xeyli çətinə salıb. Bu matçda favorit alman klubu hesab olunur və “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanacağı elə də inandırıcı görünmür. Amma “Qarabağ”ın rəqibinə asanlıqla təslim olmayacağını da qeyd etmək olar. Portuqaliyalı hakimlər briqdasının idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  
 
Avropla Liqası: “play-off” mərhələsi, cavab oyunu
 
29 avqust 
 
23:45. “Ayntraxt” (Almaniya) – “Qarabağ” (Azərbaycan) 2:1 (Ümumi hesab 4:1)
Qollar: Aleksandr Mayer, 10 - Reynaldo, 58, İnui, 76
Baş hakim: Duarte Qomes
Baş hakimin köməkçiləri: Venansio Tome, Luis Kampos
Dördüncü hakim: Bruno Esteves
(Hakimlər briqadası Portuqaliyadandır)
UEFA nümayəndəsi: Nils Fisketjonn (Norveç)
Hakim-inspektor: Mişel Vautrot (Fransa) 

Xəbər xətti