Yeniyetmələrin uğuru
"Neftçi”nin 2000-ci il təvəllüdlü futbolçularından ibarət komandası 1-ci Əlincə kuboku turnirinin qalibi olub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun rəhbərlik etdiyi komanda dairəvi sistemlə keçirilən yarışda 3 oyun keçirib. “Əlincə” ilə heç-heçə oynayan (0:0) yeniyetmələr “Bakı” (5:1) və “İnter”i (5:0) böyük hesabla məğlub edərək kuboku başı üzərinə qaldırıb.
saytlarin hazirlanmasi