"Rəqibi qiymətləndirməmək olmaz"

16:25 - 17 Sentyabr 2013

Erik Ramos: "Neftçi"də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var"

 

“Neftçi” PFK-nın futbolçusu Erik Ramos Azərbaycan Premyer Liqasının 7-ci turu “Sumqayıt”la keçiriləcək oyunla bağlı danışıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu npvbəti tur meydanda olmayacağına da aydınlıq gətirib: 

 

“Ötən mövsüm “Sumqayıt” klubu ilə səfər matçında uduzmuşduq. Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz. “Sumqayıt” gənc futbolçulardan təşkil edilmiş güclü komandadır. Düzdü, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəm. Bununla belə “Neftçi”də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var.

 

Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq məqsədimiz qələbə qazanmaqdır. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq”.

Xəbər xətti