"Sumqayıt" "Neftçi" ilə müqayisədə zəif hesab oluna bilər"

14:34 - 18 Sentyabr 2013

Karlos Kardoso: "Hədəfimiz ardıcıl 4-cü çempionluqdu"
 
"Neftçi”nin futbolçusu Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Premyer Liqanın 7-ci turunda keçiriləcək “Sumqayıt”la oyun haqda fikirlərini bildirib:
 
“Neftçi” ardıcıl 3 dəfə ölkə çempionu olub. Hədəfimiz ardıcıl 4-cü çempionluqdur. Bunda pay sahibi olmağım üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düzdür, “Sumqayıt” klubu “Neftçi” ilə müqayisədə zəif hesab oluna bilər, amma bu bizim arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq . Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik”. 

Xəbər xətti