"Çempionat uzun marafon olsa da, hər xal üçün mübarizə aparmalısan"

14:37 - 18 Sentyabr 2013

Bruno Bertuççi: "onların dəstəyinə daha çox ehtiyacımız var"

 

“Neftçi"nin futbolçusu Bruno Bertuççi “Sumqayıt” klubu ilə oyun öncəsi açıqlama verib:

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu komandasına kömək edə bilməyəcəyini də vurğulayıb:

 

“Ötən tur “İnter”lə qarşılaşmada qırmızı vərəqə aldım. Oyunun gərginliyi futbolçulara da siraət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı. Bu səbəbdən də “Sumqayıt”la oyunda komandama kömək edə bilməyəcəm. Çempionat uzun marafon olsa da burada hər xal üçün mübarizə aparmalısan.

 

Ona görə də heç bir matça arxayın çıxmamalıyıq. Azarkeşlərimiz də bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız var. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Bu səbəbdən də meydana hansı futbolçu çıxsa qələbə üçün əlindən gələni edəcək”.

Xəbər xətti