"Artıq "Xəzər Lənkəran"la oyun bizim üçün "Böyük oyun" deyil"

13:33 - 23 Sentyabr 2013

Avropa Fatehlərinin derbisi: "Neftçi" - "Qarabağ"
 
 
Bu gün "Forza" azarkeş qrupu bəyanat yayıb. 
 
Sportal.az həmin bəyənatı təqdim edir
 
"Artıq bizim üçün "Böyük Oyun" deyilen anlayış yoxdu və artıq  "Xəzər Lənkaran"la oyunu adi bir oyun kimi baxırıq səbəb? Böyük oyunu çempionatda ad çıxaran Avropada meydan sulayan, nəhəng klublarla üzləşən və uduzsa da  can qoyan olur. İnciməyin, amma bu adı biz yox edirik və daha bu adı  dilimizə belə almayacağıq. Çempionatda  bərbad oynayan, Avropada itib batan, azarkeşi isə rəqabəti  vandalizimdən ayıra bilməyən, söz atışmasını daş kəsəyə çevirən bir klubla nə "Böyük Oyun" keçirək.
Azərbaycanda  bir neçə derbi varsa onunda biri "Qarabağ"la oyundu və diqqət bu gündən bu derbinin adı var - "Avropa Fatehlerinin Derbisi" . "Neftçi 1937" və "Qarabağ 1987"...
Bu adı, bu derbinin damğasını biz qoyduq. Bu gündən bu derbinin adı bu olacaq. Biz "Qarabağ"  azarkeşlərinə böyük hörmətimiz var və bizim aramızda söz atışması olsa da, daşa,  təhqirə, söyüşə keçməmişik və eləmərikdə çünki "Qarabağ" azarkeşləri arasında bizə dost, qardaş adamlar var
Beləliklə yaşasın "Avropa Fatehlərinin Derbisi"

Xəbər xətti