"Neftçi" hücumçusuna qovuşur

19:31 - 23 Sentyabr 2013

Nasimovun zədəsi elə də ciddi deyil
 
“Neftçi”nin futbolçusu Bahodir Nasimovun zədədən sonrakı durumuna aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki,  Premyer Liqanın VII turu çərçivəsində keçirilən “Sumqayıt”la ev oyununda xəsarət alan özbəkistanlı hücumçunun zədəsi o qədər də ciddi deyil.

Həmin qarşılaşmada zədələnərək əvəzlənən legionet həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Onun yaxın günlərdə komanda ilə hazırlığa qatılacağı gözlənilir.

Xəbər xətti