Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Mahir Şükürov klubun rəsmi saytına açıqlamasında deyib.
"Futbolda belə şeylər olur. Bu oyunla yanaşı, digər qarşılaşmalar da onu göstərir ki, Premyer Liqada hər matça sonuncu oyun kimi çıxmaq lazımdır. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gəlib, turnir cədvəlində ilk pilləyə yüksələk” - deyə M.Şükürov bildirib.