"Azarkeşlərimizə səslənmək istəyirəm ki, məyus olmasınlar"

20:25 - 23 Sentyabr 2013

Rəşad Sadiqov: "Böyükhesablı qələbə qazana bilərdik"
 
 
“Neftçi”nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında “Sumqayıt”la oyun haqda fikirlərini bölüşüb:
 
Sportal.az xəbər verir ki, R.Sadiqov xal itkisinə baxmayaraq, çempionluq uğrunda mübarizəni davam etdirdiklərini bildirib:
“Bu oyunda qalib gələ bilmədiyimizə görə çox təəssüflənirəm. Çoxsaylı qol imkanlarından yararlana bilmədik. Halbuki böyükhesablı qələbə qazana bilərdik. Sırf müdafiədən oynayan rəqiblə həmişə belə olur. Qol gəlmədikcə onlar daha da qapanırlar. Əgər vaxtında bir qol vursaydıq, tam fərqli oyun və hesab olacaqdı. Azarkeşlərimizə səslənmək istəyirəm ki, məyus olmasınlar, biz çempionluq uğrunda mübarizəmizi davam etdiririk”.

Xəbər xətti