Azərbaycan kubokunda "Simurq"un rəqibi məlum oldu

17:27 - 30 Oktyabr 2013

"Araz" "Ağsu"nu əlavə vaxtda məğlub etdi

 

Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vuruldu.

 

Sportal.az xəbər verir ki, bu mərhələnin son oyununda “Araz Naxçıvan” doğma meydanda “Ağsu” klubu ilə qarşılaşdı. Əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın taleyini ev sahibi komandanın oyunçusu Elmin Çobanovun 108-ci dəqiqədə vurduğu yeganə qol həll edib.

 
“Araz Naxçıvan” 1-0 “Ağsu”
 Qol:(Elmin Çobanov, 108)
 
1/8 final mərhələsində “Araz Naxçıvan” klubu Zaqatalanın “Simurq” klubu ilə qarşılaşacaq.
 
1/8 final 
 
4 dekabr
 
5. “İnter” – “Şuşa” 
6. “Neftçi” – “Kəpəz”
7. “Qaradağ Lökbatan” – “Rəvan”
8. “Bakı” – “Sumqayıt”
9. “Mil-Muğan” – “Qəbələ”
10. “Qarabağ” - AZAL
11. “Araz Naxçıvan” – “Simurq”
12. “Xəzər Lənkəran” – “Neftçala”

Xəbər xətti