Bekhemdən etiraf: "Bacımın oyuncaqları ilə ..." FOTO

18:06 - 30 Oktyabr 2013

Canlı əfsanənin kitabı təqdim olunacaq
 
Bu il karyerasına son qoyan əfsanəvi futbolçu Devid Bekhemin kitabı İngiltərədə təqdim olunacaq.
 
Sportal.az xəbər verir ki, kitabda Bekhem uşaqlıq illərindən futbol həyatının sonunadək baş verən maraqlı məqamlara toxunub.
 
Devid uşaq olarkən futbolu çox sevdiyini, amma evdə futbol oynamağa icazə verilmədiyini yazıb. O, çıxış yolunu bacısının oyuncaq ayılarını top kimi "çiləmək"də görüb.
 
Devid Bekhem kitabında xanımı Viktoriya ilə tanışlığından da bəhs edib.
 

Xəbər xətti