Skolari Dieqo Kostanın seçiminə münasibət bildirib

23:36 - 30 Oktyabr 2013

"Bu onun tərəfdən milyonlarla insana arxadan zərbədir"
 
 
Madrid "Atletiko"sunun hücumçusu Dieqo Kostanın İspaniya millisinin heyətində oynamaq qərarı Braziliya milli komandasının çalışdırıcısı Luis Felipe Skolarini bərk qəzəbləndirib.
 
Sportal.az xəbər verir ki, Skolari bildirib ki, bundan sonra bu futbolçunu unudacaq.
"Öz millisinin şərəfini qorumaqdan və dünya çempionatında iştirak etməkdən imtina edən braziliyalı futbolçu anında hesabdan çıxır. Bu onun tərəfdən milyonlarla insana arxadan zərbədir" - Skolari bildirib.

Xəbər xətti