"İki klubumun öhdəsindən çətinliklə gəlirəm"

11:35 - 31 Oktyabr 2013

Araz Ağalarov: "Bu mövzuda heç düşünməmişəm də"
 
Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyində yer alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki,  biznesmen bu xəbərlərin həqiqətə uyğun olmadığını və iki klubun sponsoru olduğunu deyib:
 
"Bu mövzuda heç düşünməmişəm də. Bunu etməyə də hazırlaşmamışam. Düşünürəm ki, nəyisə almaq lazımdırsa, bu da Rusiya klubu olmalıdır.
 
Mən 2 komandanın - futbolda Moskva “Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk “Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram. "

Xəbər xətti