"Xəzər Lənkəran"da zədəlilər komanda ilə məşq etdilər

17:15 - 31 Oktyabr 2013

Skarduelli məşqi yarımçıq tərk etdi
 
Premyer Liqanın XII turu çərçivəsində noyabr 2-də “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxan qonaq komanda saatyarım ərzində taktiki çalışmaları yerinə yetirib. 

Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənibsə, Vanderson Skardovelli hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçinin əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib. 

Digər zədəli oyunçular - Duqlas Leyte, Zoahir Benuahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib. “Xəzər Lənkəran” sabah oyun saatında “Bakcell Arena”da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, “Neftçi”- “Xəzər Lənkəran” oyunu saat 19:00-da başlayacaq. “Böyük oyun”un baş hakimi Orxan Məmmədov olacaq.
 

Xəbər xətti