Püşklər atıldı:"Xəzər Lənkəran" və "İnter"in rəqibləri məlum oldu

18:38 - 31 Oktyabr 2013

4 komanda kuboka ikinci mərhələdən başlayacaq
 
Cari mövsümdən etibarən, AFFA-nın U-17 Liqasında çıxış edən komandalar arasında U-17 Kuboku turniri keçiriləcək.
 
Sportal.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında U-17 Kubokunun püşkü atılıb. Püşkün nəticəsinə əsasən aşağıdakı cütlüklər qarşılaşacaq:
 
 
İlk oyunlar. 4 noyabr
Sumqayıt - İnter
Turan T - AZAL
Simurq - Kəpəz
Rəvan - Xəzər Lənkəran
 
 
Cavab oyunları. 25 noyabr
İnter - Sumqayıt
AZAL - Turan T
Kəpəz - Simurq
Xəzər Lənkəran - Rəvan
 
 
Ötən mövsüm U-17 Liqada ilk 4 yeri tutmuş komandalar - "Qəbələ", "Neftçi", "Bakı", "Qarabağ" - mübarizəyə növbəti mərhələdə qoşulacaq.

Xəbər xətti