"Xəzər Lənkəran" Fransadan futbolçu transfer edir

00:43 - 1 Noyabr 2013

Serb futbolçu "ağ-yaşıl" forma geyinə bilər
 
Bir ara Kamran Ağayevin gedişindən sonra qapıçı axtarışına çıxan “Xəzər Lənkəran” Serbiya millisinin üzvü Vladimir Stoykoviçi transfer etmək istəyirdi. Amma həmin vaxtı 30 yaşlı əlcək sahibi Azərbaycan klubuna gəlməyə razılıq vermədi.
 
Sportal.az xəbər verir ki, bu dəfə Cənub klubuna daha bir məşhur serbiyalı təklif edilib. Ancaq bu qapıçı yox, hücumçudu.  Mbila Etame və Junior Nildonun olmasına baxmayaraq, irəli ucda güclü forvarda ehtiyac duyan “Xəzər” qışda serblə güclənə bilər. Söhbət Serbiya millisinin və Fransanın “Nant” klubunun hücumçusu Filip Corceviçdən gedir. 
 26 yaşlı hazırda fransız klubunun aparıcı futbolçusu hesab edilir. Əbəs yerə deyil ki, 2008-ci ildən “Nant” oynayan Corceviç hazırda komandanın kapitan sarğısını daşıyır.
 Bir anlıq fikirləşəndə bu oyunçunun Azərbaycana gəlməsi inandırcı deyil. Ancaq “Xəzər Lənkəran” onun komandaya dəvət edilməsi üçün çalışacaq.
 Məsələ indi bu futbolçunun kim tərəfindən “Xəzər Lənkəran”a təklif edilməsindədi. Aldığımız məlumata görə, Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviç Cənub klubuna bu cür təklif göndərib.
 “Nant”ın aparıcı üzvü ilə qohumluğu da olan vitse-prezident Azərbaycana da səfər edib. Amma bu heç də forvardla bağlı olmayıb.
 “Qəbələ”nin 17 yaşlı futbolçular arasında keçirdiyi turnirə qatılan Serbiyanın U-17 komandasının tərkibində Corceviç də ölkəmizə təşrif buyurub. Məhz həmin vaxtı O, yerli klublardan bir neçəsi ilə əlaqə də yaradıb. Hətta yayda onun “Qəbələ”yə bir neçə futbolçun da təklif etdiyi bildirilir.
 Həm qohumu, həm də onun transfer işlərində yaxından iştirak edən Draqan Corceviçin Azərbaycanda oynamaq istəyinə isti yanaşacağını da bildirib. 
 “Srvena Zvezda”nn yetirməsi olan Corceviç 2006/2007 mövsümündə icarə əsasında “Rad”da çıxış edib. 2008-ci ilin əvvələrində “Nant”da icarədə oynayan Corceviç ardından rəsmən bu klubun futbolçusu olub. İndiyə kimi Fransada 140-dan çox oyun keçirən Corceviç 50-ə yaxın qol vurub. 

Xəbər xətti