"Futbolu sevən hər kəs Ronaldoya hörmət etməlidir"

02:07 - 1 Noyabr 2013

Komanda yoldaşı Ronaldonun tərəfini saxlayıb
 
"Real" (Madrid) klubunun futbolçusu Alvaro Arbeloa da FİFA prezidenti Sepp Blatterin cavabını verib.
 
Sportal.az xəbər verir ki, S.Blatter kimi bir insanın daha hörmətli davranmalı olduğunu deyib: 
 
"Onun dediklərini hər kəs eşitdi. Kriştiano dünya futbolu üçün yenilənmə nöqtəsidir. Futbolu sevən hər kəs Ronaldoya hörmət etməlidir. O, bu yerə cəsarəti və xarakteri ilə gəlib".
 
Qeyd edək ki, Blatter portuqaliyalı futbolçunun bərbərxanada çox zaman keçirdiyini demişdi. O, eyni zamanda Messinin Ronaldodan güclü olduğunu bildirmişdi.

Xəbər xətti