"Futbolpress"dən möhtəşəm poker TƏBRİK

13:51 - 1 Noyabr 2013

Tanınmış idman portalının bu gün 4 yaşı tamam olur
 
Bu gün Azərbaycanın tanınmış idman portallarından olan futbolpress.az saytı üçün əlamətdar gündür. 2009-cu ilin bu günündə adıçəkilən sayt oxucularla ilk görüşə gəlib. 
 
Həmin vaxtdan da futbolpress.az Azərbaycanın idman mediasında özünəməxsus yer tuta bilib, zaman-zaman üzləşdiyi iqtisadi çətinliklərə, hazırkı sayt bolluğuna baxmayaraq, öz populyarlığını qoruyub saxlamağı bacarıb. 
 
futbolpress.az araşdırma yazıları, operativ xəbərləri ilə oxucuların sevgisini qazana bilib.
 
Sportal.az saytı futbolpress.az saytını dörd yaşının tamam olması münasibəti ilə təbrik edir, başda Elçin Cəlilov olmaqla, saytın kollektivinə yeni-yeni uğurlar arzulayır.

Xəbər xətti