"Atletiko"ya yollanacaq beş azərbaycanlı futbolçunun adı açıqlandı

15:31 - 1 Noyabr 2013

Onlar futbolun sirlərinə yiyələnməklə yanaşı üç il təhsil də alacaqlar

 

İspaniyanın paytaxtı Madridə - “Atletiko”nun futbol akademiyasına yollanacaq “Bakı”nın 1999-cu il təvəllüdlü beş yeniyetmə futbolçusunun adı bəlli olub.

 

Sportal.az xəbər verir ki, bunlar Rəşad Əliyev, Asim Abdullazadə, Cavid Mikayıllı, Qəlbinur Adıgözəlli və Ruslan Süleymanovdu.Qeyd edək ki, futbolçular akademiyada futbolun sirlərinə yiyələnməklə yanaşı üç il təhsil də alacaqlar.

Xəbər xətti