"Barsa"nın futbolçusu "Napoli"nin təklifini cavablandırdı

00:28 - 2 Noyabr 2013

"İndi “Napoli”yə keçərəmmi?"
 
"Barselona”nın müdafiəçisi Xavyer Maskeranonun adı son günlər “Napoli” ilə birgə çəkilir.
 
Sportal.az xəbər verir ki, lakin argentinalı futbolçu bu məlumatı təkzib edib: “Mənim Rafael Benitesə böyük hörmətim var. ”Barselona”ya keçməzdən əvvəl onun rəhbərlik etdiyi ”İnter”dən təklif almışdım. Amma seçimim “Barsa”nın xeyrinə olmuşdu. İndi “Napoli”yə keçərəmmi? “Barselona”da çox xoşbəxtəm və bunu Benites də bilir”. 

Xəbər xətti