"Bakı" 5 futbolçusunu İspaniyaya yola saldı FOTO

01:02 - 2 Noyabr 2013

Kimlər "Atletiko"nun heyətinə qoşulacaqlar?
 
“Bakı” klubunun 1999-cu il təvəllüdlü beş futbolçusu Madrid “Atletiko”sunun akademiyasında təhsil almaq üçün bu gün İspaniyaya yolda düşəcəklər.
 
Sportal.az xəbər verir ki, bu gün bununla bağlı gənclər və idman naziri Azad Rəhimovla “Bakı”nın prezidenti Hafiz Məmmədovun mətbuat konfransı keçirilib.“Atletiko”nun düşərgəsinə gedən futbolçular Rəşid Əliyev, Asim Abdullazadə, Cavid Mikayıllı, Qəlbinur Adıgözəlli və Ruslan Süleymanovdu.
"Bakı"nın prezidenti Hafiz Məmmədov bildirib ki, adları çəkilən futbolçular akademiyada üç il və ya daha çox müddətə təhsil alacaq, eyni zamanda “Atletiko”nun əsas komandasının məşqlərində və oyunlarında iştirak edəcəklər.

Xəbər xətti