"Xəzər Lənkəran" rəsmisi: "Sabah hamı hesabat verəcək"

19:36 - 3 Noyabr 2013

"Mütləq bizimlə oyunlarda hakim ləkəsi olmalıdır"
 
 
"Neftçi"yə 4:1 hesablı məğlubiyyətdən sonra "Xəzər Lənkəran" tərəfinin nə addım atacağı maraqla gözlənilir. Turnir cədvəlində heç də özünə yaraşmayan yerdə olması azarkeşləri də tədirgin edib. Klub rəhbərliyinin nə addım atacağını öyrənmək üçün komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Sportal.az-a açıqlamasında bunları dedi:
 
"Komandamızın aldığı nəticələr və turnir cədvəlindəki mövqeyimiz "Xəzər Lənkəran"ın adına yaraşmır. Bu mənada klub rəhbərliyi sabah klubdaxili iclas keçirəcək. "Xəzər Lənkəran"ın prezidentinin rəhbərliyi altında baş tutacaq görüşdə baş məşqçi başda olmaqla hər kəs hesabat verəcək. Əmək haqqının,mükafatın ən yüksək və vaxtında verildiyi klub 8-ci pillədə qərarlaşa bilməz.Ona görə də komanda ilə ciddi söhbət olunacaq".
 
 
"Neftçi" ilə oyuna gəldikdə isə Naxçıvanda Superkuboku qazanmağımızın rəqibə nə qədər təsir etdiyini bilirdik və bunu canlı olaraq da görmüşdük. Təsadüfi deyil ki,lider klubun baş məşqçisi bir oyuna görə istefaya göndərilmişdi.Bu mənada "Neftçi" XII turun oyununa daha istəkli hazırlaşmışdı. Komanda olaraq birinci hissə də heç də pis təsir bağışlamadıq.Amma ikinci hissədəki oyun ürəkaçan deyildi. Hakimlik haqqında qısaca fikir bildirəcəyəm. Ürək istəyir ki,"Neftçi" qələbə qazananda ürəkdən təbrik edəsən.Amma hakimlər imkan vermir. Mütləq bizimlə oyunlarda hakim ləkəsi olmalıdır.Məncə hakimlər daha diqqətli olmalıdırlar.çünki ilk hissənin sonunda ofsaytdan vurulan qol istənilən halda komandaya sarsıdıcı zərbə oldu.Bununla belə bu bəhanə sayılmamalıdır və "Xəzər Lənkəran"lı futbolçular 100-150 azarkeşi olan klubun yox, böyük bir camiəsi olan klubu təmsil etdiklərini anlayıb qarşıdakı oyunlarda azarkeşləri sevindirməlidirlər".

Xəbər xətti