Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunu baş məşqçisi Aqil Məmmədov AZAL-la oyundan (0:0) sonra deyib.
Gənc çalışdırıcı futbolçularının çıxışını ayrı-ayrılıqda dəyərləndirib:"Pərdis Fərcad-Azad ötən mövsüm bizə çox kömək elədi, bu mövsüm də ümid edib 90 dəqiqə oynadırıq. Qapıya zərbə endirməsə də, oyunda özünü yaxşı tərəfdən göstərdi. Hücumçu üçün qol imkanını yarımmüdafiə xətti yaratmalıdır. Yarımmüdafiədə sürətli futbolçularımız var, fiziki cəhətdən hazır saydığımız futbolçuları heyətə daxil etdik. Samir Abasov və Aleksandr Çertoqanov birlikdə oynayanda komandamız məğlub olmur. Aqşin Muxtaroğlu çox qaçır, lakin faydalı iş əmsalı aşağıdır. Ötürmələrindən narazıyam, bəzən çox bəsit səhvlər edir”.