Mançini:"Heyətdə sürpriz edəcəyimi zənn etmirəm"

00:22 - 5 Noyabr 2013

"Gəldiyimdən bu yana Çempionlar Liqasında gözəl nəticələr alırıq və buna davam etmək istəyirik"
 
 
"Qalatasaray"da baş məşqçi Roberto Mançini və futbolçu Şecu bu gün axşam oynayacaqları Çempionlar liqası B qrupu "Kopenhagen! matçı öncəi təşkil edilən mətbuat konfransında açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini sarı- qırmızılı qapıçı Musleranın yerinə Erayın qapını qoruyacağını ifadə edərək " Musleranın yerinə oynayacaq olan Eray gənc bir oyunçumuzdur. Çempionlar Liqasında təcrübəsi yoxdur. Amma biz ona güvənirik. Musleranın zədəsi vardı. Onu oynadaraq daha da riskə ata bilməzdik. Ancaq yerinə oynayacaq oyunçumuza da şans tanımalıyıq . Gəldiyimdən bu yana Çempionlar Liqasında gözəl nəticələr alırıq və buna davam etmək istəyirik. Sneyder əhəmiyyətli bir oyunçudur, yoxluğunu əlbəttə hiss edəcəyik. Sabah Sneyderin yerinə kimin oynayacağına qərar verəcəyəm. Heyətdə sürpriz edəcəyimi zənn etmirəm. "Kopenhagen" çox fərqli bir komandadır. Bu oyunda qalib gəlmək üçün buradayıq. İstanbuldakı ilk oyundan daha çətin bir qarşılaşma bizi gözləyir " deyib.
Mətbuat mənsublarının heyət ilə əlaqədar soruşduğu suala Mançini "Sol cinah müdafiəçisi Daninin bölgəsi deyil. Rieranın da performansı aşağıdır. Sabah komandanın son şəkli üçün qərarımı verəcəyəm. Komanda yaxşı işləyir, "Yuventus" və "Real" qrupumuzda çox çətin kollektivlərdir . Daha çox çalışaraq onların üstünə çıxacağıq " şəklində danışıb.
"Sarı -qırmızı"lı futbolçu Şecu isə təşkil edilən mətbuat konfransında "Özümü yaxşı hiss etmirəm. Nəticədə sabah oynayıb oynayamayacağımız baş məşqçimizə bağlıdır. Son zamanlarda komanda çox qol buraxır. Bunun fərqindəyik . Yeni baş məşqçiylə yeni bir taktika izləyirik. Verdiyi vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Semih gənc və yaxşı bir oyunçudur. Mənim yanımda kimin oynadığı əhəmiyyətli deyil " deyə danışıb.

Xəbər xətti