"Neftçi" də diktora görə cəzalandı

13:16 - 5 Noyabr 2013

"Xəzər Lənkəran" 1000 manat ödəyəcək
 
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportal.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XII turunun oyunlarında baş verənlər müzakirə olunaraq, müvafiq qərarlar çıxarılıb.

“Bakı” – “Simurq” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəyə 1000 manat cərimə olunub. “Rəvan”la matç başa çatdıqdan sonra oyunun videoyazısını təqdim etmədiyi üçün “İnter” 1000 manat ziyana düşüb.

“Neftçi” – “Xəzər Lənkəran” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün cənublular 1000 manat ödəyəcək. Matçın gedişində stadionun diktoru tərəfindən “Neftçi” klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyi üçün bakılılar 2000 manat xərcə düşüb.
 

Xəbər xətti