Azərbaycanlı futbolçu 2 il müddətinə diskvalifikasiya edildi

13:19 - 5 Noyabr 2013

Yusif Yusifzadə futboldan uzaqlaşdırıldı

 

“Şahdağ”ın hücumçusu Yusif Yusifzadənin 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub. Sportal.az xəbər verir ki, noyabrın 3-də keçirilən “Şahdağ” – “Araz Naxçıvan” oyununun 87-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərib.

Buna görə də AFFA İntizam Komitəsi son illər futbolçular haqqında verdiyi ən sərt qərarını Yusifzadəyə tətbiq edib. Komitənin üzvləri onu 2 illiyə uzaqlaşdırmaqla yanaşı, Qusar klubunun 2 min manat cərimə olunması haqqında qərar çıxarıb.
 

Xəbər xətti