Azərbaycan klubunun baş məşqçisinə 10 oyunluq cəza

13:22 - 5 Noyabr 2013

"Şuşa"da cərimələndi
 
Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımov cəzalanıb. Sportal.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi hazırda “Şuşa”da çalışan təcrübəli mütəxəssisə ağır cəza verib.

Buna Qasımovun I divizionun VIII turunun “Qaradağ Lökbatan”la görüşündən sonra etdikləri səbəb olub. Belə ki, qarşılaşma başa çatdıqdan sonra baş məşqçi hakimlərə hədə-qorxu gəlib. Bu üzdən AFFA Qasımova 10 oyunluq cəza kəsib. “Şuşa” isə 800 manat cərimə olunub.

Qeyd edək ki, karyerası ərzində bir sıra klublara rəhbərlik edən Qasımov vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarında baş məşqçi, əsas milidə köməkçi məşqçi kimi çalışıb.
 

Xəbər xətti