UEFA hakimlərimizə təyinat verdi

17:32 - 5 Noyabr 2013

Rəhim Həsənov Macarıstan - Albaniya matçında
 
 
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda noyabrın 14-də keçiriləcək Macarıstan - Albaniya oyununu ölkəmizi təmsil edən hakimlər idarə edəcək.
 
Sportal.az xəbər verir ki, Budapeştdə keçiriləcək oyun Rəhim Həsənova həvalə edilib.
 
 
 
 
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov
Dördüncü hakim: Əliyar Ağayev

Xəbər xətti