"Bavariya"nın futbolçusu "Monako" yolunda

21:15 - 5 Noyabr 2013

Qvardiola futbolçunu buraxmaq istəmir
 
“Bavariya”nın avstriyalı müdafiəçisi David Alaba karyerasını Fransada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, “Monako” 21 yaşlı futbolçu ilə yaxından maraqlanır. Liqa-1 təmsilçisi Alabaya qış transferi dövründə rəsmi təklif göndərməyə hazırlaşır. Ancaq bu transfer baş tutacağı o qədər də inandırıcı görünmür. Çünki Alabanın “Bavariya” ilə 2015-ci ilə qədər müqaviləsi var və münhenlilər onun sözləşməsinin müddətini uzatmaq niyyətindədirlər. Bundan əlavə, baş məşqçi Pep Qvardiola da Alabanın oyununu bəyənir. Lakin “Monako” sözügedən futbolçudan əl çəkməyi düşünmür. Fransızlar lazım gələrsə, Alabaya görə fantastik məbləğdə pul xərcləməyə də hazırdırlar. 

Xəbər xətti