Hollandiyalı "Xəzər Lənkəran"dan təklif aldığını təsdiqlədi

17:55 - 6 Noyabr 2013

"Bir daha belə təklif gəlsə..."
 
Hollandiya mətbuatında maraqlı informaisya yayıb.
 
Sportal.az xəbər verir ki, holland həmkarlarımızın yazdıqlarına inansaq, Volendam"ın hücumçusu Cek Tuyp bu ilin yayında  "Xəzər Lənkəran"dan təklif alıb.
 
Maraqlıdır ki, futbolçu futbolçu ölkəsinin mətbuatına açıqlamasında yayılan məlumatları təsdiqləyib. 29 yaşlı hücumçunun sözlərinə görə, cənub təmsilçisi ona sərfəli şərtlərlə müqavilə təklif edib: "Yayda Azərbaycandan təklif almışdım. Bu ölkənin "Xəzər Lənkəran" klubundan mənə fantastik təklif var idi. Amma həmin vaxt Hollandiyada qalmağı üstün tutdum. İndi başa düşürəm ki, səhv etmişəm. Əgər növbəti dəfə belə bir təklif alsam, mütləq dəyərləndirəcəm".
 
Rekord.az

Xəbər xətti