Estoniya yığması millimizlə oyuna daha 2 futbolçu çağırdı

18:20 - 6 Noyabr 2013

20 yaşlı futbolçu yığmasının debütantıdır
 
Yığma komandamızın növbəti yoldaşlıq oyunundakı rəqibi olan Estoniyanın heyətinə əlavə olunub. Sportal.az xəbər verir ki, baş məşqçi Tarmo Ruutli daha 2 futbolçuya dəvət göndərib.

Bunlardan biri Finlandiyanın SYK klubunun cinah müdafiəçisi Qert Kamsdır. Bu klubun digər nümayəndəsi qapıçı Mihkel Aksaludur. 

Millidən dəvət almış digər oyunçu isə “Flora”nın gənc müdafiəçisi Karol Metsdir. 20 yaşlı futbolçu yığmasının debütantıdır. Estoniyanın digər debütantı isə “Levadiya”nın müdafiəçisi Artyom Artyunindir. Bununla da Estoniya millisinə dəvət olunmuş futbolçuların sayı 23-ə çatıb.

Qeyd edək ki, millimizin Estoniya ilə oyunu noyabrın 15-də keçiriləcək. “A. Le Kok Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
 

Xəbər xətti