Mahir Şükürov hər kəsi təəcübləndirdi

22:20 - 6 Noyabr 2013

O, xeyriyyəçiliklə də məşğul olurmuş
 
 
Azərbaycan millisinin, eləcə də "Neftçi"nin futbolçusu Mahir Şükürov nə qədər aqressiv olmasına və bəzən qeyri-etik hərəkətlər etməsində baxmayaraq, sən demə həm də xeyriyyəçiliklə məşğul imiş.
 
Sportal.az xəbər verir ki, o, axşamlar günün çox hissəsini Sumqayıt Cümə Məscidində keçirən futbolçu bir sıra imkansız insanlara da əl tutur.
 
Bizimlə söhbətində Şükürov bu haqda elə də çox danışmaq istəməsə də hər bir müsəlmanın imkansızlara əl tutmalı olduğunu bildirib: "Bu haqda geniş danışmaq istəmirəm. Sadəcə, bunun üçün bizə şərait yaradan insanlara öz minnətdarlığımı bildirirəm".
 
forza1937.com

Xəbər xətti