Toşakın komandadan göndərdiyi futbolçu:"Mən hələ də "XL" azarkeşiyəm"

23:18 - 6 Noyabr 2013

Marin Orsuliç yeni komandasında qol hesabını açdı
 
"Xəzər Lənkəran"ın "Makkabi"yə acı məğlubiyyətindən sonra komandadan uzaqlaşdırılan futbolçulardan biri də Marin Orsuliç idi.
 
Sportal.az xəbər verir ki, Xorvatiyanın "Zadar" klubunda forma geyinən Orsuliç dünən "Draqovolyaç"la matçda 90 dəqiqə meydanda olmuş və yeni komandasında ilk qoluna imza atmışdı. 
 
Futbolçu əməkdaşımızla söhbətində "Xəzər Lənkəran"ın oyunlarını izlədiyini və hələ də köhnə komandasına azarkeşlik etdiyini də bildirib:
 
"Son olaraq "Qarabağ"la matçı canlı izlədim, mən hələ də "Xəzər Lənkəran" azarkeşiyəm və ümid edirəm komanda "qara zolaq"dan tezliklə çıxar".

Xəbər xətti