"Xəzər Lənkəran"da iki zədəli

00:10 - 7 Noyabr 2013

Nildo və Skarduelli komanda ilə məşqlərə başladı
 
"Xəzər Lənkəran" bu gün növbəti məşqinə çıxıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Xəzər Lənkəran"da Junior Nildo və Vanderson Skarduelli komanda ilə məşqlərə başlayıb, lakin komandanın heyətində Rasim Ramaldanov və Zohair Benouhi fərdi məşqlə kifayətlənib. Buna səbəb, hər iki futbolçunun zədəli olmasıdır.

Xəbər xətti