"Vicdansız insanlardan xahiş edirəm ki, məni narahat etməsinlər"

15:50 - 7 Noyabr 2013

Neymar bezib

 
“Barselona”nın forvardı Neymar  azarkeşləri tərəfindən axşamlar telefonuna gələn sms və zənglərdən bezib.
 
Sportal.az xəbər verir ki, Neymar bildirib ki, artıq narahat edilməkdən bezib: 
 
“İki həftədən bir telefon nömrəmi dəyişməli oluram. Çünki azarkeşlər gecələr də zəng vurur, sms göndərirlər. Bütün azarkeşlərdən xahiş edirəm ki, məni bezdirməsinlər. Artıq nə edəcəyimi bilmirəm. Belə şeylər əsl problemlər yaradır. Vicdansız insanlardan xahiş edirəm ki, məni narahat etməsinlər”.

Xəbər xətti