13-cü tur 6 qolla başladı

16:36 - 7 Noyabr 2013

"Rəvan"la "Sumqayıt" xalları yarı böldü
 
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 13-cü tura start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Rəvan” öz meydanında “Sumqayıt” klubu ilə qarşılaşıb. Qarşılıqlı qolların vurulduğu oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.
 
Əvəzedicilərin çempionatı
13-cü tur
 
"Rəvan" - "Sumqayıt" 3:3
Qollar: Rüfət Cəlilov, 45+1, Orxan Lalayev, 55, Məmməd Quliyev, 70 - Ruslan Nəsirli, 34; 60, Sabir Allahquliyev, 57.

Xəbər xətti