"Bakı"nın futbolçusu komandasının problemindən danışdı

00:50 - 9 Noyabr 2013

Rauf Əliyev:"Bir az vaxt lazımdır"
 
“Ümumi götürəndə komandamız hələ təzədir. Komanda qarşıdakı oyunlarda daha da yaxşı çıxış etməyə çalışacaq".
 
Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilmiş Rauf Əliyev mükafatlandırma mərasimində deyib.

Millimizin üzvü komanda yoldaşı Əfran İsmayılovla tandemindən danışıb, "Bakı"nın qeyri-stabil çıxış etməsinə münasibət bildirib: "Mən və Əfran 11 yaşımızdan bir yerdə oynayırıq. Əvvəl “Qarabağ”da, indi “Bakı”da, həm də milli komandada. Futbolçuların bir-birini tam başa düşməsi üçün vaxt lazımdır”.

Xəbər xətti